Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir.
Bakı vaxtı ilə saat 10:30-da Brent markalı neftin iyul fyuçersinin 1 barreli 47,88 dollara satılıb.
Bu göstərici bu gün səhər birjalarda alqı-satqı əməliyyatları başlayarkən qeydə alınmış rəqəmdən 0,11 dollar, yaxud 0,23% çoxdur.