Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Neft bazarında nə baş verir? – Artan qiymətlərin pərdəarxası

OPEC ölkələri əllərindən gələn hər şeyi edirlər ki, neftin qiyməti ancaq və ancaq artsın. OPEC-in son hesabatına əsasən, hasilat son 4 il ərzində ən aşağı səviyyəyə ensə də, qiymətlər lokal səviyyədə artır.

Bu çərşənbə ötən ilin noyabr ayından bu yana olan qiymətlər yenilənib. Düzdür, ötən ilki rekordlar hələ ki əlçatmazdır. Lakin yavaşlayan iqtisadi şəraitdə bu cür sürətli artım ağlabatan görsənmir.

OPEC-in açıqlamasına əsasən, mart ayında ümumi hasilat 534 min barelə qədər geriləyib, lakin ona qədər orta həcm gün ərzində 30,022 milyon barel təşkil edib. Sonuncu dəfə belə hal 2015-ci ilin fevral ayında qeydə alınmışdı.
Azalma prosesinin ən çox zərər vurduğu ölkə isə Səudiyyə Ərəbistanıdır. Noyabrla müqayisədə onun hasilatı 11 faiz azalıb. Təkcə mart ayında azalma 324 min barel həcmində olub.

Onsuz da çətin günlərini yaşayan dünya iqtisadiyyatı neftin qiymətinin də yüksək olmasıyla birlikdə öz inkişaf tempindən geri qalır. Düzdür, neft bazarında dönüşlər gözlənilmədən olur. Məsələn, ötən ilin sonunda ABŞ-ın İrana sanksiyalar tətbiq etməsiylə və OPEC-in yeni anlaşmanı elan etməsiylə qiymətlərin 87 dollardan 50 dollara düşməsini xatırlamaq kifayətdir.

Neftin qiymətinin aşağı enməsində amerikalılar daha aktiv iştirak edir. Belə ki, Donald Tramp OPEC-ə qiymətlərin salınması üçün təchizatı artırmağı məsləhət görüb. Ancaq belə görünür ki, onun fikirləri heç kimə maraqlı deyil. Onu da qeyd edək ki, öz sonuncu bəyanatında Rusiya prezidenti Vladimir Putin bildirib ki, onlar nəzarətsiz qiymət artımını qəbul etmirlər. Bundan əlavə, Rusiyanın Birbaşa İnvestisiya Fondunun rəhbəri Kiril Dmitriyev bildirib ki, yayda OPEC+ anlaşmasına yenidən baxılacaq və hasilat artırılacaq.

Düzdür, enişə doğru siqnallar hələ də mövcud olsa da, hələ ki ciddi real təhlükədən söhbət gedə bilməz. Buna texniki planda bazar da tam hazır deyil.

Onu da əlavə edək ki, dekabr ayından bu yana neft kotirovkalarında 45 faizə qədər artım olub.

Bundan əlavə, OPEC iqtisadi yavaşlamanın fonunda qiymət həcmini və neftə olan tələbatı 2019-cu il üçün 1.21 milyon barelə qədər aşağı salıb.

Bununla da, 2019-cu il üçün neftə olan tələbatın gün ərzində 99,9 milyon barel həcmində olacağı gözlənilir.
Digər tərəfdən, Qazaxıstan, Braziliya və Kanadadakı neft yataqlarında gedən təmirlə əlaqədar olaraq OPEC-ə üzv olamayan dövlətlər də qiymət həcminin gün ərzində 2.18 mln barelə qədər endirilməsini təklif etmişdi. Hesabatda həmçinin qeyd olunur ki, bu, ABŞ və Rusiyadan əldə olunan hasilata qismən təsir edəcək. Beləliklə də, OPEC-ə üzv olmayan dövlətlərin etdiyi təklifin həcmi gün ərzində 64.54 milyon barel olaraq qiymətləndirilir.

OPEC hesab edir ki, bütün dünyada yanacağa olan tələbat artan neft məhsullarının təzyiqi altında olacaq. Zavodlar təmirdən çıxır və hələ ki, ehtiyyat yanacaq yetərincədir. ABŞ-da benzinə, Avropa da isə dizel yanacağına olan tələbatın azalacağı gözlənilir.

Firuz Asanov

www.yenicag.az

3490
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM