Neft bazası yanır

154179_res_01Qazaxıstanda neft bazasında yanğın baş verib.

Bu barədə RİA Novosti xəbər yayıb.

“Yanğınla bağlı ilkin məlumatlara görə, Cənubi Qazaxıstan vilayətində, “Munay” Məhdud Məsuliyyətli Tərəfdaşlıqda (MMT) benzinlə dolu 8 sisternin, eləcə də nasos stansiyasının söndürülməsi üçün iş aparılır”, – deyə Qazaxıstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Komitəsinin rəsmi nümayəndəsi Ruslan İmankulov bildirib.

Yanğının söndürülməsinə 100 yanğınsöndürən və 20 ədəd texnika cəlb edilib. Hadisə yerinə yanğınsöndürmə qatarları da çağırılıb.(“Report”)