Neft bu gün neçəyədir?

Dünya birjalarında neft bahalaşıb.

Yenicag.az OilGas.az-a istinadən xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,24 dollar və ya 0,45% artaraq 54,02 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,38 dollar və ya 0,80% bahalaşaraq 47,86 dollar təşkil edib.