Neft daşıyan avtomobil partladı – 12 ölü, 15 yaralı

Nigeriyanın şimal-şərqində, Qombe ştatında neft daşıyan avtomobil partlayıb.

Yenicag.az-ın məlumatına görə, hadisə nəticəsində 12 nəfər ölüb, 15 nəfər yaralanıb.

Partlayış avtomobilin Bomala körpüsündə yük maşını ilə toqquşması nəticəsində baş verib.