Neft daşıyan qatar relsdən çıxaraq aşdı

Kanadanın Manitoba əyalətində neft daşıyan qatar relsdən çıxaraq aşıb.

Yenicag.az xəbər verir ki, yük qatarının 37 sisterninin relsdən çıxaraq aşması nəticəsində xam neft əraziyə dağılıb.

Kanada Dəmir Yolları İdarəsinin ekoloji bölməsi ərazini neftdən təmizləməyə başlayıb.