“Neft Daşları” yatağında yeni quyu istismara verilib

“Neft Daşları” yatağındakı 1954A saylı estakadayanı meydançada 2685 nömrəli quyu qazmadan sonra istismara verilib.

Yenicag.Az ” SOCAR-a istinadən xəbər verir ki, quyu Qirməkialtı Lay Dəstəsindən fontan üsulu ilə məhsul verib, 1 145-1 140 metr intervaldan gündəlik 12 ton neft və 1 600 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Yenicag.Az