“Neft daşları” yatağında yeni quyu

Neft_dashlari_281112“Neft Daşları” yatağındakı 2521 nömrəli platformadan 2256 nömrəli quyuda qazma işlərinə başlanılıb.

“Neft Daşları” NQÇİ-nin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qala-3 Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1480 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.

(trend.az)