Neft emalı zavodunda güclü YANĞIN – İranda / VİDEO

İranın paytaxtı Tehran şəhərində neft emalı zavodunda güclü yanğın baş verib.

Yenicag.az xəbər verir ki, yanğının zavodda maye qaz nəql edən boru kəmərində baş verdiyi bildirilir.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Tehrandakı bütün neft emalı zavodlarında iş dayandırılıb. Əhalidən yolların açıq saxlanılması istənilib.