Neft emalı zavodunda partlayış – Xəsarət alanlar var

ABŞ-ın Viskonsin ştatında neft emalı zavodunda partlayış baş verib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində azı 20 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Bildirilir ki, partlayışdan dərhal sonra yanğın başlayıb. Zavodun əhatəsində yerləşən binaların sakinləri təxliyə edilib.