İranın paytaxtı Tehranda neft emalı zavodunda yanğın baş verib.
Yenicag.az xəbər verir ki, hadisə nəticəsində 6 nəfər həlak olub, 2 nəfər ağır yaralanıb.
Hadisəyə zavodun sexlərinin birində baş vermiş sızma səbəb olub. Son məlumatlara görə, yanğın artıq söndürülüb.