!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Neft kapitalı insan kapitalına çevrilmədi- Təəssüf…

!Reklam – Yazi

neft2Neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində seçilən hədəf doğru idi, amma Azərbaycanda ona çatmaq mümkün olmadı. Çünki, ümumi sistem islahatları keçirilmədən insan kapitalını önə çıxarmaq mümkünsüzdür”.

Bu sözləri Yenicag.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli söylədi: “Bir neçə dəfə Azərbaycanda ən yüksək səviyyədə neft kapitalının insan kapitalına çevrilməsinin vacibliyi vurğulanıb. Hədəf olaraq bu elan edilib. Amma təəssüf ki, neft kapitalını insan kapitalına çevirməyə nail ola bilmədik. Bunun da əsas səbəbi təbii ki, idarəetmə sistemində olan qüsurlar, təhsil sistemindəki vəziyyətlə bağlıdır. Təhsil sistemində ciddi islahatlara ehtiyac duyulduğu bir vaxtda burada ildən-ilə ancaq vüzual effekt yaradan islahatlara önəm verildi. Lakin keyfiyyyət dəyişikliklərinə keçid istiqamətində heç bir iş görülmədi. Təhsil ocaqları tikildi, təmir olundu. Buna baxmayaraq təhsilin keyfiyyəti yerində saymaqda davam edir. İldən-ilə ali məktəblərə qəbul balı da aşağı salınırdı. Bu da ümumi təhsilin keyfiyyətinin aşağı düşməsinin göstəricisidir. İnsan kapitalının yaradılmasının fundamenti isə məhz təhsil sistemidir. İnsan kapitalının yaradılması mütləq rəqabətli şəraitə və akademik azadlıqlara bağlıdır. Bunlar olmadığı, mövzuların ciddi şəkildə dartışdırılması mühiti olmadığı təqdirdə insan kapitalının formalaşması da çətindir. Burada üçüncü bir məqam Azərbaycanda iqtisadiyyatda çoxşaxəli modelə keçidin insan kapitalının yaradılması ilə paralel aparılması məsələsi idi. Çoxşaxəli modelə keçiddə insanlar adətən özlərini realizə etməyi bacarırlar. Amma bu da baş vermədi. Bütün bu sadaladığım amillər sonuc olaraq təəssüf ki, Azərbaycanda neft kapitalının insan kapitalına keçidinə imkan yaratmadı”.

ELÇİN

www.yenicag.az

1821
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv