Neft kəmərlərinin mühafizə zonasında bomba aşkarlandı

“Transneft” prezidentinin məsləhətçisi İqor Demin şirkətə məxsus boru kəmərlərinin mühafizə zonasında II dünya müharibəsinə aid 2 bombanın tapıldığını açıqlayıb.

Yeniçağ.az MK.ru-ya istinadən xəbər verir ki, bombalardan biri Yaroslavl-Kirişi, ikincisi Tixoretsk-Tuapse boru kəmərləri zonasında aşkarlanıb. Hazırda istehkamçıların gəlişi gözlənilir. Bombanın zərərsizləşdirilməsi zamanı magistral neft kəmərlərində iş dayandırıla bilər.

Yeniçağ.az