Neft kəskin ucuzlaşdı – Son iki ildə ilk dəfə

Neftin qiyməti 2017-ci ilin iyulundan bu vaxtadək ilk dəfə 50 dollardan aşağı düşüb.

Yenicag.az xəbər verir ki, Milad bayramından sonrakı hərracda “Brent” markalı xam neftin bir barreli 50 dollardan ucuz satılıb. Beləliklə də “qara qızıl”ın qiyməti son 1,5 ilin minimumuma enib.

Ekspertlərin fikrincə, qiymətin ucuzlaşmasına səbəb dünyada iqtisadiyyatların artım problemləri və bunda artan “ticarət müharibələrinin” təsirli olmasıdır. Həmçinin maliyyə bazarlarındakı qarışıqlıq, tədarüklə bağlı narahatlıqlar, ABŞ-da neft istehsalının çoxalması, eləcə də OPEK və OPEK+ üzrə hasilatın azaldılmasına dair sazişin müddətinin artırılacağı istiqamətində qeyri-müəyyən fikirlərin səsləndirilməsi “qara qızıl”ın qiymətindəki geriləməyə təsir edən amillərdir.

Hazırda “Brent”in bir barreli 51,04 dollara, VTİ neftinin bir barreli isə 43,15 dollara satılır./Azərtac/

COP29