Ətraf mühit baxımından zərərli olan mövcud neft-kimya məhsullarının istehsalı müəssisələrinin (təqribən 510 ha) Bakının mərkəzindən kənara köçürülməsi və müvafiq şəkildə zonalaşdırılması təklif edilir.
Yenicag.az xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
Qeyd edilib ki, Səngəçal və Ələt ağır sənaye sahələrinin yerləşdirilməsi üçün əlverişlidir.
Belə ki:
– burada neft və neft-kimya məhsulları terminalı kimi müəssisələr fəaliyyət göstərir;
– burada neft-kimya və neft məhsulları (dövlət ehtiyatları daxil olmaqla), mayeləşdirilmiş qaz, həmçinin partlayıcı maddələr və zəhərli məhsullar üçün anbarlar mövcuddur;
– ərazidə yüksək səs-küy olan maşınqayırma və metallurgiya müəssisələri fəaliyyət göstərir;
– ərazidə tikinti materiallarının (məsələn, sement zavodları) istehsalı müəssisələri fəaliyyət göstərir.