Neft-kimya zavodunda PARTLAYIŞ – VİDEO

ABŞ-ın Texas ştatında “TPC Group” şirkətinə məxsus zavodda yanğınla müşayiət olunan güclü partlayış baş verib.

Yenicag.az-ın məlumatına görə, zavoda yaxın ərazilərdə yerləşən yaşayış binalarında partlayışın təsirindən pəncərələrin şüşələri sınıb.

Partlayışın hansı səbəbdən baş verməsi araşdırılır.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən briqadaları cəlb olunub.

Qeyd edək ki, “TPC Group” şirkətinə məxsus zavod neft məhsulları və kimyəvi maddələrin tədarükü ilə məşğul olur.

COP29