!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Neft nə vaxt ucuzlaşacaq? - BP açıqladı

!Reklam – Yazi

“2030-cu ilin sonuna kimi neftə olan tələbat son həddə çatacaq və tədricən qiyməti düşməyə başlayacaq”.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, bunu BP Qrupunun baş icraçı direktoru Bob Dadli deyib.

“2014-cü ilin sonundan etibarən neftin qiyməti ən yüksək həddə çataraq 1 bareli üçün 80 dollar təşkil edib. BP neftin 1 barelinin qiymətinin 50-65 dollar civarında olacağı fərziyyəsi üzərində işləyir”, – deyə BP-nin rəhbəri Bob Dadli bildirib.

Şirkət rəhbəri qeyd edib ki, BP hazırda az kapital, vaxt və inşa tələb edən mərhələli inkişaf yolu seçib: “Bu isə neftin qiymətinin qeyri-müəyyənlik dövründə ona nəzarəti asanlaşdırır. BP-nin neft və qaz hasilatı növbəti 10 illiyin sonuna kimi yenidən sutka ərzində 4 milyon barelə çatacaq”, – deyə o qeyd edib.

Qeyd edək ki, BP ən aşağı istehsal xərclərinə malik olan Azərbaycan, Oman, Rusiya kimi neft hasil edən ölkələrlə əməkdaşlıq edir.

www.yenicag.az

2214
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv