!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Neft niyə bahalaşmayacaq? – Şərh

!Reklam – Yazi

27718783-digital-illustration-of-oil-pump-jack-and-growth-graph-with-dollarsƏrəstun ORUCLU

yenicag,az_erestun_orucluFacebookda bir dostumla daim neft qiymətlərilə bağlı fikir mübadiləsi aparırıq və dostum hər dəfə neftin bahalaşacağını proqnozlaşdırsa da, bu baş vermir.

Bəri başdan deyim ki, mövqelərimiz diametral zidd olsa da müzakirələrimiz daim dostluq ruhunda aparılır. Neftin yaxın illərdə bahalaşmayacağı ilə bağlı mənim arqumentimə gəldikdə isə, icazənizlə onu bir qədər əsaslandırmağa çalışım.

Təbii ki, bu, mənim apardığım müqayisəli və bir qədər də əhatəli təhlildən gəldiyim qənaətdir və heş də mütləq həqiqət olmasına iddialı deyiləm.

Mənə görə, yuxarıda qeyd elədiyim kimi, neft yaxın illərdə həqiqətən bahalaşmayacaq və bunun çox ciddi iqtisadi və siyasi səbəbləri var.

Burda bir haşiyə də çıxım: neft qiymətlərinin artmayacağını dedikdə, mən orta illik qiymətin 48-55 dollardan yüksək olmayacağını nəzərdə tuturam.

Beləliklə, əsas iqtisadi səbəb kimi məncə neftin müxtəlif manipulyasiyalar vasitəsilə maya dəyərindən bir neçə dəfə baha qiymətə satılmasıdır ki, bu da hələ davam etməkdədir, hərçənd ki, əvvəlki dövrlərlə müqayisə oluna bilməz. Yəni, maya dəyəri hasil edildiyi ölkədən, texniki şərtlərdən, nəqlindən və digər hasilat xərclərindən asılı olaraq, barreli 8-22 dolları keçməyən məhsulun 48-50 dollara satılması da dediyimə misaldır, onda ola ki, 90-140 dollara. Amma bu da əsas deyil. Əsas odur ki, mütləq əksəriyyəti monarxiyalara və avtoritar-kriminal hakimiyyətlərə malik olan bir neçə dövlətin (daha doğrusu, onları ələ keçirmiş əsasən qeyri-legitim rejimlərin) yüksək neft qiymətlərindən varlanaraq dünyaya meydan oxuması təkcə bununla bitmir. Yüksək neft qiymətləri dünyada istehsal prosesini (maya dəyəri) bahalaşdırır ki, bu da öz növbəsində işsizliyin, yoxsuluğun sürətlə artmasına, dünyada təkcə siyasi deyil, həm də sosial qütbləşmənin dərinləşməsinə səbəb olur. Bu cür dinamika öz növbəsində təkcə qlobal siyasi və iqtisadi maraqlara deyil, dünyanın sabitliyinə və təhlükəsizliyinə də ciddi təhdidlər yaradır. Yüz milyonlarla işsiz, yoxsul insanlar ordusu olduğu halda siyasi radikallaşma, zorakılıq, terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif digər formaları müasir dünyanın nəinki adi və bəzən də ayrılmaz atributlara çevrilir.

Digər tərəfdən də yüksək neft qiymətləri sayəsində böyük sərvətlər toplayan kriminal (bir sıra hallarda isə terrorçu) rejimlər öz şərtlərini daxildə və xaricdə diqtə eləmək üçün bu sərvətlər hesabına təkcə əhatəli təsir şəbəkələri deyil, həm də güclü ordu və polis qüvvələri, bəzən hətta terrorçu təşkilatlar yaradırlar. Bu cür ölkələr özləri də daxildə radikallaşmış yoxsul insan kütlələri formalaşdırırlar və beləliklə də ikiqat, üçqat təhlükə mənbəyinə çevrilirlər. Daxildə formalaşdırdıqları radikal kütləni əllərində cəmləşdirdikləri maliiyyə, informasiya və ideoloji resurslar hesabına asanlıqla idarə edən bu rejimlər ilk baxışdan göründüklərindən daha təhlükəli potensial gərginlik mənbələri olurlar. Lakin məsələ bununla da bitmir.

Özünü güclü hiss etməyə başlayan bu tip rejimlərin tədricən iddiaları da artdığından, onlar digər qonşu ölkə və icmalara da müxtəlif formalarda müdaxilələrə başlayırlar. Burda da maliyyə, silah, kəşfiyyat və informasiya resursları ilə yanaşı, həm də radikal millətçilik, dinçilik, irqçilik və digər aşırı ideoloji platformalardan istifadə olunur. Gördüyümüz kimi, bu da qloballaşan dünya üçün heç də ürəkaçan mənzərə deyil.

Ona görə də son aylar biz neft qiymətlərinin qalxmasının (daha doğrusu, qaldırılmasının) bir çox hallarda qeyri-iqtisadi üsullarla qarşısının alınmasını müşahidə edirik. Eynilə neft krallıqlarının onu süni şəkildə bahalaşdırmağa çalışdıqları kimi. Amma bütün topladıqları böyük sərvətlərə və qurduqları təsir mexanizmlərinə rəğmən, neft dövlətləri texnoloji, elmi və siyasi-intellektual baxımdan zəif olduqlarından, etibarlı mexanizmlərə (qanunun aliliyi, institusional hakimiyyət bölgüsü və s.) söykənən stabil siyasi sistemlərə malik olmadıqlarından bu mübarizədən də qalıb çıxa bilməyəcəklər. Belə olan halda, onlar ya reallıqla hesablaşmalı və dəfələrlə azalmış gəlirlərilə kifayətlənməli, iddialarından geri çəkilməli, ya da ciddi sosial-iqtisadi və ictimai-siyasi təlatümlərə məruz qalaraq sıradan çıxmalı olacaqlar.

Başqa sözlə, görünən budur ki, qlobal güclər irili-xırdalı bir neçə kriminal rejimin girovunda qalmaq fikrində deyillər. Deməli, neft də hələ yaxın zamanlarda bahalaşmayacaq…

 

www.yenicag.az

713
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv