Nigeriya hakimiyyəti Delta ştatında neft oğurlamaqda şübhəli bilinən 10 nəfəri saxlayıb.
Yeniçağ.Az OilGas.az-a istinadən xəbər verir ki, saxlanılanlar arasında 2 nəfər Ukrayna, 1 Nigeriya, 2 Pakistan, 1 İndoneziya, 3 Qana və 1 Benin vətəndaşı var.
Saxlanılanlar “Shell Petroleum and Development Company” şirkətinə məxsus “Afremo A” platformasından təxminən 2 min ton neft oğurlayıblar.
Qeyd edək ki, Nigeriya Afrikada neft ehtiyatlarına malik ikinci böyük ölkədir.
Yeniçağ.Az