!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Neft pulları Beynəlxalq Banka axacaq

!Reklam – Yazi

2017-ci ildə Dövlət Neft Fondundan Beynəlxalq Banka ayrılacaq vəsaitin məbləği məlum olub.

Yenicag.Az-ın bank dairələrindən əldə etdiyi məlumata görə, bu il Bankın sağlamlaşdırılmasına a ən azı 1,5 milyard dollar ayrılacaq. Həmin vəsaitin məhz birbasa ABŞ dolları ilə verilməsi nəzərdə tutulur.

Xatırladaq ki, 2017-ci ildə Dövlət Neft Fondundan Mərkəzi Banka 7,5 milyard manat və ya 4,2 milyard dollar məbləğində transfer ediləcək. Həmin vəsaitin bir hissəsi Beynəlxalq Bankın sağlamlaşmasına sərf ediləcək.

Qeyd edək ki, ötən il Dövlət Neft Fondu Beynəlxalq Bankda 1 milyard dollarlıq depozit yerləşdirib. Başqa sözlə, Fond 2001-ci ildən sonra ilk dəfə kapitalını daxili bazara yerləşdirib. Neft Fondunun 1 milyard dollar depoziti Beynəlxalq Bankın xarici borclarının ödənilməsi üçün istifadə ediləcək.

Yenicag.Az

www.yenicag.az

648
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv