“Avropaya uzunmüddətli neft və qaz satışı uzaq perspektivdə Azərbaycan iqtisadiyyatı üçün əks-təsir yarada bilər”.
Bu fikirləri Azərbaycanın Avropaya qaz ixracını artırmasının ölkə iqtisadiyyatına təsirini dəyərləndirən ekspert Elçin Rəşidov Yenicag.az– a açıqlamasında deyib.Onun sözlərinə görə, neft və qaz satışından əldə olunan gəlir Neft Fonduna yatırılaraq oradan idarə olunur:
“Qaz gəlirləri də neft gəlirləri kimi Neft Fonduna yatırıldığı üçün Azərbaycan iqtisadiyyatına elə də böyük təsiri yoxdur. Azərbaycan iqtisadiyyatına təsir edən əsas amil Neft Fondundan büdcəyə olunan transferin həcmidir.
Bu transferin həcmi də iqtisadi inkişaf qaydalarına uyğun müəyyən edilmir. Ona görə də, istənilən halda neft-qaz satışı uzunmüddətli perspektivdə Azərbaycan iqtisadiyyatı üçün əks-təsir yarada bilər”.
Nuray Məmmədzadə