Neft-qaz sektorunda istehsal olunmuş ÜDM-in həcmi açıqlandı

Ümumi daxili məhsul neft-qaz sektorunda cari ilin yanvar-noyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 97,6 faiz artaraq 59 milyard 817,5 milyon manat olub.

Dövlət Statistika Komitəsindən Yenicag.az-a bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,4 faiz azalıb.