Dünya birjalarında neftin qiyməti bahalaşıb.
OilGas.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,19 dollar və ya 0,33% artaraq 57,75 dollar təşkil edib.
ICE London qitələrarası birjasında “Brent” markalı neftin 1 barelinin dəyəri isə 0,12 dollar və ya 0,19% bahalaşaraq 63,92 dollar olub.