!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Neft qiymətləri aşağı düşür: Bəs benzin ucuzlaşacaq? - İqtisadçı RƏYİ

!Reklam – Yazi

Dünya bazarında neftin qiymətinin ucuzlaşması fonunda bir çox ölkələrdə benzinin qiyməti ucuzlaşıb. Ekspertlərə görə, Azərbaycanda da benzinin qiyməti ucuzlaşmalıdır.

Mövzu ilə bağlı iqtisadçı Eldəniz Əmirov Yenicag.az-a açıqlamasında qeyd edib ki, mövcud vəziyyətdə benzinin ucuzlaşması proqnozlaşdırılmır:

“Ötən ilin sentyabr ayında “A-98 SUPER” və “A-95 PREMİUM” markalı yanacaq növlərinin qiymətində artım baş verdi. Belə ki, “A-98” markalı benzin 1 manat 90 qəpiyə, “A-95” isə 1 manat 60 qəpiyə satıldı. Bu ilin iyul ayında isə Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti 1,6 manatdan 2 manata, Aİ-98 markalı benzinin qiyməti isə 1,9 manatdan 2,3 manata yüksəldi. Bu, neftin qiymətinin bahalaşması ilə əlaqələndirildi. Çünki neftin bahalaşması idxal olunan məhsulun da bahalaşmasına yol açır. Bu gün neftin qiymətində ucuzlaşma baş versə də, benzinin qiymətində dəyişiklik müşahidə olunmur. Bu isə haqlı olaraq müəyyən sualların yaranmasına səbəb olur. Aİ-95 markalı benzinin qiymətinin ucuzlaşması yalnız 2020-ci ilin mart ayında baş verib. Belə ki, benzinin qiyməti 1 manat 60 qəpikdən 1 manat 20 qəpiyə düşmüşdü. Çünki həmin dövrlərdə pandemiya ilə əlaqədar olaraq tənəzzül halları yaşanırdı və neftin qiyməti tarixi minimum səviyyəsində idi. Hazırkı vəziyyətdə neft qiymətindəki dalğalanmalara ölkəmizdə ciddi reaksiya verilmir və benzinin qiymətində dəyişiklik edilmir. Əgər neftin qiyməti kəskin şəkildə ucuzlaşarsa, bu halda benzinin qiyməti aşağı düşə bilər. Lakin indiki halda benzinin ucuzlaşması gözlənilmir”.

Gülşən Şərif

www.yenicag.az

533
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv