Neft qiymətləri ucuzlaşdı

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.

Yenicag.az OilGas.az-a istinadən xəbər verir ki, ICE london qitələrarası birjasında Brent markalı neftin dəyəri 0.22 dollar və ya 0.43% azalaraq 51.24 dollar dəyərində qərarlaşıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin dəyəri 0.29 dollar və ya 0.59% ucuzlaşaraq 48.61 dollara bərabər olub.

Yenicag.az