Yaxın Şərq böhranını həll etmək məqsədi ilə diplomatik səylərin güclənməsi fonunda yeni həftədən neft qiymətləri 91 dolları ötməkdədir.
Yenicag.az CNN-ə istinadən xəbər verir ki, investorlar İsrail-HƏMAS qarşıdurmasının neftlə zəngin regionda yeni münaqişələrin yaranmasına səbəb ola biləcəyindən narahatdırlar.
Qeyd olunan səbəbdən, qlobal neft tədarükünə yönəlik riskləri sərmayəçilərin narahatlığını daha da artırır.
Bu şəraitdə dünya birjalarında “Brent” markalı neftin fyuçersləri bir qədər artaraq ona qədər olan 90,99 dollardan 91,2 dollara yükəlib. “WTI” markalı neft isə qısa müddətdə 87,77-dən 87,98 dollara qədər bahalaşıb.
Qeyd olunur ki, “ANZ Research”in analitikləri regional eskalasiya riskinin artması üzündən neft qiymətlərinin qısa müddətdə 100 dollara çatacağını proqnozlaşdırırlar.