Neft qurğusunda dəhşət – “Xəzər-3”də yanğın baş verdi

Xəzər dənizinin sahilə yaxın ərazisində yerləşən “Xəzər-3” qurğusunda söküntü işləri aparılan zaman yanğın baş verib.

Yenicag.az FHN-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 50 m² sahədə yağ və mazut qalıqları yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb. Yanğın söndürülüb.