Neft şirkətinə məxsus vertolyot qəzaya uğradı

İranda vertolyot qəzaya uğrayıb.

Yenicag.az xəbər verir ki, hadisə bu gün Fars körfəzində qeydə alınıb.

İranın neft şirkətinə məxsus vertolyot Lavan adasından Kiş adasına uçurmuş.

Göyərtədə 5 nəfər olub. Onlardan yalnız ikisinin həyatını xilas etmək mümkün olub.

Digər təfərrüatlar açıqlanmır.

COP29