!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Neft tankeri yük gəmisiylə toqquşdu: 32 nəfər itkin düşdü - VİDEO

!Reklam – Yazi

Çinin şərqində neft tankeri qəzaya uğrayıb.

Yenicag.az-ın məlumatına görə, OilGas.az xarici KİV-lərə istinadən xəbər verir ki, Panama bayrağı ilə İrandan Cənubi Koreyaya hərəkət edən “Sanchi” neft tankeri və Honkonqa məxsus yük gəmisi “CF CRYSTAL” toqquşub.

Toqquşma nəticəsində tankerdə yanğın baş verib.

“The New York Times” nəşrinin məlumatına görə, İran şirkətinə məxsus tankerdə 32 nəfər (30-u İran, 2-si isə Banqladeş vətəndaşı), yük gəmisində 21 nəfər olub. Yük gəmisinin heyəti xilas edilsə də, tankerin heyətilə əlaqə itirilib.

Qəza yerində axtarış-xilasetmə briqadaları çalışır.

www.yenicag.az

4045
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv