!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Neft tələbatı ilə bağlı PROQNOZ: 2025-ci ildən sonra nə baş verəcək?

!Reklam – Yazi

2025-ci ilə qədər neftə olan tələbat pik həddə çatsa da, daha sonra bu tələbat azalacaq və enerji keçidi sürətlənməyə davam edəcək.

Yenicag.az “Haberglobal”a istinadən bildirir ki, bu barədə dünyanın aparıcı “Mckinsey&Company” konsaltinq şirkətinin enerji sektorunun gələcəyi ilə bağlı proqnozlarını açıqlayan “Qlobal Enerji Perspektivi-2022” hesabatında məlumat verilib.

Hesabata əsasən, 2030-cu ilə qədər yanacaq məhsullarının qalığına olan tələbat pik həddə çatacaq. Növbəti 15 ildə qlobal enerji istehsalında bərpa olunan mənbələrin payının iki dəfə artacağı proqnozlaşdırılır. Bununla yanaşı, qlobal enerji bazarında aşağı karbon emissiyaları ilə həllər istiqamətində tendensiya getdikcə güclənir. Bu fonda, xüsusilə hidrogen və hidrogen əsaslı yanacaqların bazar paylarını artırması gözlənilir.

Enerji sektorunda sürətli bir transformasiya olduğunu bildirən “McKinsey&Company” partneri Ərən Çetinkaya bildirib ki, qlobal iqtisadiyyatda sürətli artıma və 2 milyard əhali artımına baxmayaraq, 2050-ci ilə qədər son enerji istehlakının artımı 14 faiz ətrafında olacaq. Enerji istehlakındakı bu mənzərə qarşısında elektrik enerjisinin ümumi enerji istehlakında payı 2050-ci ildə indiki nisbəti olan 20 faizdən 40 faizə, elektrik enerjisi istehsalında bərpa olunan mənbələrin payı isə 50 faizə yüksələcək.

Qeyd edək ki, 146 ölkənin məlumatlarının daxil olduğu hesabatda 55 sektor və 70-dən çox enerji məhsulu üzrə ətraflı təhlilin nəticələri təqdim olunub.

Gülşən

www.yenicag.az

572
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv