Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

"Neft ucuzlaşacaq" - Ekspertdən bədbin proqnoz

ABŞ neft hasilatına görə Səudiyyə Ərəbistanını keçdi. Son bir həftə ərzində ölkədə gündəlik hasilat 10, 25 milyon barelə yüksəlib. Proqnozlara görə, ABŞ-ın gələn il Rusiyanı da ötərək, bu sahədə birinci olacağı gözlənilir.

Görəsən, gündəlik neft hasilatına görə, ABŞ-ın əsas neft ölkəsi sayılan Səudiyyəni də keçməsi “qara qızıl” bazarına nə vəd edir?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov Yenicag.az-a açıqlamasında bildirdi ki, ABŞ-ın gündəlik hasilat baxımından Səudiyyə Ərəbistanını geridə qoyması neftin qiymətinin 50-60 dollaradək aşağı düşməsinə gətirib çıxaracaq:

“ABŞ-ın neft hasilatına görə Səudiyyəni keçməsinin ilk reaksiyası kimi neftin qiymətində ucuzlaşmanın baş verdiyini müşahidə etdik. Amerikada neft hasilatının artacağı hazırkı bazar konyukturunda gözlənilən idi. Bildiyiniz kimi şift neftin maya dəyəri bahadır. 2014-2016-cı illər ərzində şift neftin istehsal imkanlarının genişlənməsinə neqativ təsir göstərən qiymət konyukturunda müəyyən qədər zəif inkişaf tempinin müşahidə olunmasına gətirib çıxartdı. Amma hazırda qiymət kifayət qədər optimaldır.

Bu da imkan yaradır ki, ABŞ-da aktiv quyuların sayı artsın. Eyni zamanda, bu istiqamətdə investisiyanın həcmi də genişlənməkdədir. Beləliklə, ABŞ-da neft hasilatının sürətlə artması gözlənilir. ABŞ Enerji Agentliyinin növbəti illər üçün verdiyi hasilat proqnozlarında da qiymət əsas məqam olaraq götürülüb. Qiymətin 55-60 dollardan baha olması təqdirində, ABŞ-da hasilatın növbəti illərdə də mərhələli şəkildə arta biləcəyi istisna edilmir. Bu tendensiya artıq bazarda özünü göstərməkdədir. Nəticədə, yaranmış vəziyyət növbəti dövrlərdə neftin qiymətini aşağı istiqamətdə təzyiq altında saxlayacaq. Lakin burada digər faktorları da nəzərə almalıyıq. Növbəti dövrlərdə neft bazarında qiymətin müəyyənləşməsində həm siyasi, həm də iqtisadi faktorların rolunu görmək mümkün olacaq. 2018-ci il üçün dünya iqtisadiyyatında enmə tempi nisbətən optimist istiqamətdə proqnozlaşdırılıb.

Bu isə neftə gündəlik tələbatın müəyyən qədər artmasına gətirib çıxaracaq. Amma növbəti dövrdə gündəlik hasilatın tənzimlənməsi, azaldılması ilə bağlı OPEK hər hansı əlavə bir qərar qəbul etməzsə, neftin qiyməti ilin sonuna qədər 50-60 dollara qədər ucuzlaşacaq”.

ELÇİN

www.yenicag.az

1109
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM