Neft ucuzlaşdı

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 7-də 63 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 1,38 dollar/barel azdır.

Yenicag.az xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 62,19 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,18 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 58,79 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 1,45 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin son qiyməti 60,97 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 1,34 dollar/barel azdır./Trend/