Neft ucuzlaşıb

Dünya birjalarında neft yenidən ucuzlaşıb.

Yenicag.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,07 dollar və ya 0,10% azalaraq 71,29 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,14 dollar ya 0,18% azalaraq 77,33 dollar təşkil edib.