!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tramp yenə OPEC-i günahlandırdı - Neft ucuzlaşdı

!Reklam – Yazi

Dünya birjalarında neftin qiyməti ABŞ prezidenti Donald Trampın çağırışından sonra ucuzlaşıb.

Yenicag.az xəbər verir ki, Tramp OPEK ölkələrinə benzinin qiymətini aşağı salmağı təklif etdikdən sonra İCE London birjasında Brent markalı neft 0,7 faiz ucuzlaşaraq barreli 77,69 dollara düşüb. WTI markalı neftin avqust fyuçersi isə 0,34 faiz ucuzlaşaraq barreli 73,89 dollardan satılıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp özünün “Twitter” səhifəsində neftin qiyməti üçün Neft İxrac Edən Ölkələr Təşkilatını (OPEC) günahlandıraraq bildirmişdi:

“OPEC neftin qiymətinin artdığını və bunun üçün çox az səy göstərdiyini xatırlamalıdır. Onlar neftin qiymətini bahalaşdırır və ABŞ OPEC-ə üzv ölkələrin çoxunu cüzi gəlir müqabilində müdafiə edir. Bu iki istiqamətli bir yol olmalıdır. İndi qiyməti azaldın!”.

Qeyd edək ki, ABŞ-ın öz müttəfiq ölkələri və şirkətlərdən noyabrın 4-dək İrandan xam neft idxalını dayandırmasını istəməsi “qara qızıl”ın qiymətinin son günlərdə kəskin bahalaşmasına səbəb olub.

www.yenicag.az

2869
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv