Neft ucuzlaşıb

Azərbaycan xam neftinin bir barelinin qiyməti 1,23 dollar və yaxud 2,14% azalıb.

Yeniçağ.Az  xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 56,29 dollara bərabər olub.
Xatırladaq ki, “Azeri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

 

Yeniçağ.Az