Neft qiymətləri ucuzlaşmaqda davam edir.
Yenicag.az xəbər verir ki, Brent nefti 5%-dən çox ucuzlaşaraq 96,66 dollaradək, ABŞ xam nefti isə 6%-ə yaxın ucuzlaşaraq 90,46 dollaradək düşüb.
Londonun ICE birjasında Brent markalı neftin qiyməti iyulun 14-dən bəri ilk dəfə bir barel üçün 97 dollardan aşağı düşüb.
Dünən Brent nefti 102 dollardan, ABŞ xam nefti isə 90,62 dollardan ticarət olunurdu.