Neft yatağında qəza – ölənlər var

İranın neft yataqlarından birində qaz sızması ölümlə nəticələnib. Trend-in məlumatına görə, hadisə “Nərgizi” neft yatağı ərazisində baş verib.

Yataqda qaz sızması nəticəsində azı 3 nəfərin zəhərlənərək öldüyü bildirilir.

Qəzanın səbəbləri hələ məlum deyil, araşdırma aparılır.

Yenicag.az