Neft yatağında yanğın: 1 ölü, 3 yaralı

Qazaxıstanın Manqistau vilayətində neft yatağında yanğın baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin Fövqəladə hallar üzrə komitəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, may 19-da, saat 22:22 radələrində “Kommunay” yatağında təmir edilən quyuda 40 kv.m sahəni əhatə edən yanğın baş verib. Yanğın 2 saat ərzində, mayın 20-nə keçən gecə saat 00:23 radələrində söndürülüb.

Hadisə nəticəsində yanıq xəsarəti alan “M-Texservis” şirkətinin 1986-cı il təvəllüdlü əməkdaşı ölüb, ağır xəsarətlər alan daha 3 nəfər isə xəstəxanaya yerləşdirilib.

COP29