Neft yatağında yanğın: ölənlər var – Vertolyotlar cəlb olundu

İranın cənub hissəsində yerləşən neft buruğunda yanğın baş verib.
Yenicag.az OilGas.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı 4 neftçi ölüb.Yanğının söndürülməsi üçün hadisə yerinə bir neçə vertolyot cəlb edilib.

Yanğının baş vermə səbəbləri araşdırılır.

Qeyd edək ki, bu, son 3 gün ərzində İranın neft yataqlarında baş verən ikinci yanğın hadisəsidir. Cümə günü Tehran yaxınlığında yerləşən neft emalı zavodunda baş verən partlayışdan sonra yanğın başlamış, hadisə nəticəsində 6 nəfər ölmüşdü.