Neft yenə bahalaşdı

Dünya bazarında neftin qiyməti artmaqda davam edir.

Yenicag.az xəbər verir ki, Londonun “İCE Futures” birjasında “Brent” markalı neftin bir bareli 2,1% bahalaşaraq 83,15 dollara satılıb.

Qeyd edək ki, bundan əvvəl sözügedən markalı neftin bir bareli 2014-cü il noyabrın 10-da 83 dollar həddini ötmüşdü.

COP29