ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin aprel müqaviləsinin dəyəri 0,39% artaraq 1 barelə görə 56,52 dollar təşkil edib.
Yenicag.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında apreldə ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,37% artaraq 51,62 dollar təşkil edib.