Neft yenidən bahalaşdı

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin fevral müqaviləsinin dəyəri 0,42% artaraq 1 barelə görə 63,99 dollar təşkil edib.

Yenicag.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında 2020-ci ilin yanvarında ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,19% artaraq 58,87 dollar təşkil edib.

Loading...