Dünya birjalarında neft bahalaşıb.
Yenicag.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,32 dollar və ya 0,49% artaraq 65,05 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,42 dollar ya 0,56 % artaraq 75,78 dollar təşkil edib.