Dünya birjalarında neftin qiyməti bahalaşıb.
Yenicag.az OilGas.az-a istinadən xəbər verir ki, ICE london qitələrarası birjasında Brent markalı neftin dəyəri 0.04 dollar və ya 0.08% artaraq 52.74 dollar dəyərində qərarlaşıb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin dəyəri 0.03 dollar və ya 0.06% bahalaşaraq 49.59 dollara bərabər olub.