Neft yenidən ucuzlaşdı

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin dekabr müqaviləsinin dəyəri 0,16% azalaraq 1 barelə görə 42,39 dollar təşkil edib.

Yenicag.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında dekabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,12% azalaraq 40,59 dollar təşkil edib.