Neft yenidən ucuzlaşdı

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin aprel müqaviləsinin dəyəri 0,73% azalaraq 1 barelə görə 58,88 dollar təşkil edib.

Yenicag.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında apreldə ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,65% azalaraq 53,53 dollar təşkil edib.