Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhid Kərimov Yaşar Ələkbər oğlunun Neftçala rayonunun Aşağı Qaramanlı kəndində dəfn mərasimi keçirilib.
Mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Azərbaycan Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, hüquq-mühafizə orqanlarının rəhbərləri, Müdafiə Nazirliyinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, şəhidin döyüş yoldaşları, rayon sakinləri, şəhid ailələri, qazilər, media nümayəndələri iştirak edirdilər.
Qeyd edək ki, Yaşar Kərimov 1967-ci ildə Neftçalada anadan olub. 1993-cü ilin iyul ayının 23-də Ağdam rayonu Şelli kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb. Azərbaycan dövləti tərəfindən aparılan araşdırma nəticəsində kimliyi müəyyənləşdirilib və 31 il sonra öz dədə-baba torpağında dəfn edilib.
Məkanı cənnət olsun.