Neftçala sakinini bıçaqlayıb, həyat yoldaşını isə…- DƏHŞƏT

скачанные файлы (1)Neftçala rayonunda ailə münaqişəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Neftçalanın Şorkənd kəndində qeydə alınıb.

Kənd sakini, 1969-cu il təvəllüdlü Füzuli Sabir oğlu Piriyev bıçaqlanıb, həyat yoldaşı Piriyeva Şərafət Qurban qızı isə döyülüb.

Onlara Salyan Rayon Mərkəzi Xəstəxanasında yardım göstərilib.

Hadisənin Piriyevlərin gəlininin əmisi tərəfindən törədildiyi bildirilir.

Neftçala Rayon Polis Şöbəsindən hadisə barədə məlumat verməkdən imtina ediblər.

Faktla bağlı araşdırma aparılır.