Neftçala sakinlərindən odlu silahlar götürüldü

Neftçala rayon sakinlərindən qanunsuz odlu silahlar götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən xəbərə görə, Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Boyat kənd sakinləri Ə.Əliyevdən müvafiq sənədləri olmayan, nömrələri silinmiş “İJ-18”, Z.Rüstəmovdan 2 ədəd “İJ-58” və “TOZ-63”, Yenikənd kənd sakini M.Hüseynovdan isə 2 ədəd “İJ-18” markalı ov tüfəngləri götürülüb.