Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Neftçala sakinlərinin həyatı təhlükədə - Xəzər suyu Kürə axmaqda davam edir - VİDEO

Kür çayının səviyyəsinin aşağı enməsi Nefçalada içməli su problemi yaradıb. Belə ki, Xəzər dənizinin duzlu suyu külək vasitəsilə Kür çayına doğru axmağa başlayıb ki, bu da sakinləri çətin vəziyyətdə qoyub.

ARB TV-nin efirində yayımlanan “Ölkə Xəbər” xəbərlər proqramında məsələ ilə bağlı maraqlı sujet yayımlanıb.

Artıq Kür çayının səviyyəsinin aşağı enməsi və yaranan vəziyyətlə bağlı operativ qərargah da yaradılıb. Sakinlərin içməli su probleminin həll edilməsi üçün rayondan 45 kilometr kənardan, Salyan şəhərindən çənlərlə su gətirilir. Neftçala rayon İcra Hakimiyyətindən isə bildirilib ki, vəziyyət düzələnə qədər sakinlərin içməli su problemi bu metodla tənzimlənəcək.

 

 

www.yenicag.az

426